Sona İsmayilova "SÖZÜN XAQANI" DOĞMA YURDDA"
"SÖZÜN XAQANI" DOĞMA YURDDA"
Sözün xaqanı" adlı tarixi romanımla bağlı görüşlər davam etdirilir. Belə görüşlərdən biri də 17.06.2022-də İsmayıllı rayonu Dövlət Komitəsi Ailələrə Dəstək Mərkəzinin Direktoru hörmətli Lətifə xanım Əliyeva bizə ev sahibliyi etdi.
Tədbirdə ziyalılar, rayon ictimaiyyətinin nümayəndələri və tələbələr iştirak edirdilər. Çıxış edənlər müəllifi olduğum "Sözün xaqanı"-nın yarandığından nümunələr səsləndirdilər, mənim jurnalist fəaliyyətimin cəmiyyətə verdiyi töhfələri barədə fikirlər ifadə etdilər.
Çıxışlarda söz haqqı olanlar :
Lütviyyə Əsgərzadə,Əli Vəliyev,İradə Hacızadə,Vüqar Abdusoy,Rəna Nağıyeva,Emin Şükürov,
Elnarə Cəfərova,Samir Abdullayev,Kəmalə Həsənova,Səyyad Əhmədli,Sevda Muradəliyeva,Gündüz Adıgözəlov və
Yusif Abdulla söz sahibi oldular.
Kollektiv arasında böyük hörmət və nüfuz sahibi olan Mərkəzin
direktoru hörmətli Lətifə xanım çıxışında qeyd etdi ki, zəhmət hər zaman böyük ucalığa qapı açır. Hər uğurun ardınca da yeni zəfər işıqları parlayır. "Sona xanım bu romana verdiyi əmək, yolunda bir işıq yandırıb, parlaq çırpıntılar yaradıb və bu gün də o işıqlar yeni səmtlərə şəfəq saçır və saçacaq deyə düşünürəm.Buna görə də onun vətəndaş əzmi qarşıdakı illərin ən uca pillələri üçün bir işıq mənbəyidir"
.
Bu arada Xəqani Şirvani İsmayıllının Ximran kəndində doğulub.Ona görə də Şamaxıdan öncə tanıtım İsmayıllıda keçirildi . Beləliklə ziyalılarımıza və tələbələrə imzalı kitablar hədiyyə olundu.
Mən isə öz növbəmdə Lətifə xanım Əliyevaya və Şahməmməd Dağlaroğluna bu gözəl tədbir və yaradıcılıq gecəsinə görə sonsuz təşəkkürümü bildirirəm.
Tədbirdən sonra birlikdə qonaqları təbiət qoynunda çox gözəl istirahət mərkəzinə dəvət etdilər.
Mən isə səbəbkar olaraq öz tərəfimdən Bakıdan gedən məni tək buraxmayan 14 nəfər ziyalı tədbir iştirakçılarına, qonaqlara minnətdarlığımı bildirir, bu görüşün təşkilində əməyi keçən ,ev sahibliyi edən Lətifə xanıma və yanımda olan hər kəsə təşəkkür edirəm.
Var olun əziz dostlar!
Hiç yorum yok